Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili əlavə üstünlükdür.
Təsvir
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin layihələrinin təşkili və idarə edilməsinə yardımçı olmaq;
- Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı İnsan Resursları departamentinin Daxili kommunikasiyalar bölməsi ilə əlaqədə olmaq;
- PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
- PR layihələrinin büdcələndirilməsinə iştirak etmək;
- Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;
- Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı);
- Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
- Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.).
İş barədə məlumat
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
Tələblər
- Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
- İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Kommunikasiya və təqdimat bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Manager
Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...