İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Öhdəliklər:

  • Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.

Tələblər:

  • AR vətəndaşlığı;
  • 24-32 yaş;
  • Minimal iş təcrübəsi – 1-3 il;
  • Hərbi mükəlləfiyyət ;
  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Kollektivdə çalışmaq qabiliyyəti.
  • *Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı