İctimaiyyətlə əlaqələr üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzEduNet LLC İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə ən azı 2 il iş təcrübəsi tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Şirkətin İctimaiyyətlə əlaqələr üzrə siyasətini hazırlamaq;
  • İctimaiyyətlə əlaqələr üzrə illik tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin Veb-saytına nəzarət;
  • Təhsil Nazirliyi ilə əlaqələrin qurulması və dəstəklənməsi;
  • Mətbuat üçün məlumatlar (press release) yazmaq, kütləvi informasiya vasitələrində şirkəti təmsil etmək, görüşlərdə iştirak etmək;
  • Şirkətin təbliğat materiallarının, reklam xarakterli postlar, videolar və multimedia proqramlarının hazırlanmasında fəal iştirak etmək;
  • Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
  • Microsoft Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • İşgüzar etika;
  • Yüksək təşkilatcılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyinə üstünlük verilir.

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.

Müraciət qaydası:

Maraqlanan namizədlər Cv formalarını HR@AzEduNet.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı