İctimaiyyətlə əlaqələr sektorunun Baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Energy Regulatory Agency İctimaiyyətlə əlaqələr sektorunun Baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– İclaslar, vebinarlar, konfranslar və s. də daxil olmaqla tədbirlərə dair press-relizlərin ilkin variantının hazırlanması və mətnlərin redaktə edilməsi;
– Broşürlər və digər nəşrlər üçün kontentlərin yazılması və mətnlərin redaktə edilməsi;
– Sosial media hesablarının idarə olunması və orada Agentliyin fəaliyyətinə, enerji sahəsinə aid mətnlərin yazılması və paylaşılması;
– Şöbələrarası effektiv kommunikasiya və iş birlyinin qurulması, rüblük daxili xəbər bülleteni üçün məlumatların vaxtında toplanması və bülleten şəklində ilkin variantının hazırlanması;
– Mütəmadi olaraq mətbuatın monitorinqinin aparılması və aylıq hesabatların hazırlanması;
– Enerji tənzimləmə sahəsində araşdırmaların aparılması, məlumatların sistemli şəkildə toplanması;
– Vebsayt üçün kontentin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi;
– Bütün kommunikasiya materiallarının vahid korporativ kommunikasiya qaydalarına uyğun olmasını təmin edilməsi, əməkdaşlar arasında brend məlumatlılığını artırılması, təqdimatlar edilməsi;
– Agentliyin PR fəaliyyətinə dair sektor müdiri tərəfindən verilmiş təlimatlar və tapşırıqların icrası.

TƏLƏBLƏR:

  • Ali təhsil (Jurnalistika, filologiya, marketinq, biznesin idarə edilməsi);
  • Yaş həddi 27-40 aralığı;
  • İxtisası üzrə azı 3 il iş stajı;
  • Microsoft Office və dizayn proqramlarında işləmə bacarığı;
  • Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
  • Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
  • Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahəsində ilkin bilirlərə sahib olmalı;
  • Sosial şəbəkələr haqqında geniş məlumatlı olmalı, iş prinsiplərini bilməli.

DİGƏR:

  • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (PR – baş mütəxəssis) qeyd edin.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı