İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edir!

Tələblər :

  • Ali təhsil;
  • Kommunikasiya, reklam, layihə, media sahələrində 3 il iş təcrübəsi;
  • Dil bilikləri – ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
  • MS Office bilikləri;
  • Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları, media, dövlət idarələri, Gənclər və İdman nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları, Formula yarışları…).

Vəzifə öhdəlikləri :

  • Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək;
  • Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək;
  • Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
  • Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq;
  • Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək;
  • İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək;
  • KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı