İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzin ictimaiyyətlə əlaqələrinin təsdiq edilmiş İnformasiya Siyasətinə uyğun həyata keçirilməsini təmin etmək;
  • KİV – lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələr qurmaq;
  • İctimaiyyəti daim Mərkəzə dair informasiya ilə təmin etmək;
  • Press – reliz, açıqlama və bəyanatları aidiyyatı struktur bölmələr tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlamaq;
  • KİV – lərdə, sosial şəbəkələrdə Mərkəz haqqında yayılan məlumatların monitorinqini aparmaq və nəticələrinə dair aylıq və illik hesabatlar hazırlamaq;
  • Mərkəzin veb saytının yaradılmasında, dizayn tərtibatında, saytda yerləşdiriləcək məlumatların dəqiqləşdirilməsində, lazımi informasiyanın təmin edilməsində iştirak etmək və saytın daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Mərkəzin sosial şəbəkələrdəki səhifələrini idarə etmək, müxtəlif məlumat portallarında Mərkəz haqqında informasiya yerləşdirmək və nəzarətdə saxlamaq;
  • Mərkəzə dair muxtəlif tədbirlər (konfrans, iclas, görüş, seminar, mətbuat konfransı və s.) təşkil etmək.

Bilməlidir:

  • Azərbaycan Respublikasının Konstitusiyasını
  • “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai İştirakçılıq haqqında” Qanunlarını
  • Daxili əmək intizamı qaydalarını;
  • Veb saytın idarə olunmasının əsasları;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika sahələrində ali təhsilin olması;
  • Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta yüksək səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 300 (Bir min üç yüz) manat

Maraqlı olanlar CV-ni “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı