İctimaiyyətlə əlaqələr üzrə menecer ( PR menecer)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. Azərbaycan Skautlar Assosiasiyası İB İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi üzə vakansiya elan edir.

İş barədə məlumat:

  • Azərbaycan Skautlar Assosiasiyası PR menecer vakansiyası üzrə namizəd axtarır.
  • Azərbaycan Skautlar Assosiasiyası 11 oktyabr 1997-ci il tarixində təsis olunub və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilib.
  • Təşkilatın başlıca məqsədi ölkə gənclərinin düzgün tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına köməklik göstərmək, eyni zamanda yeniyetmə və gəncləri 6 istiqamətdə, fiziki, əqli, emosinal, sosial, mənəvi, xarakterik inkişafını dəstəkləməkdən ibarətdir.
  • İş qrafiki: tam ştat
  • İş müddəti: daimi

Namizədə tələblər:

  • Bilik, bacarıq və xüsusiyyətlər:
  • Namizədin yaşı: 24-30 yaş
  • Gərgin iş şəraitində işləmə bacarığı
  • Yaradıcı təfəkkür
  • Dil bilikləri: Azərbaycan və ingilis dili
  • Rus dilini bilənlərə üstünlük verilir

Mətbuatla əlaqələr:

  • İctimaiyyətlə əlaqələr/mətbuat katibi üzrə təcrübə
  • Mətbuatla əlaqələrin qurulması, inkişaf etdirilməsi və ona nəzarət
  • Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması
  • Mətbuatın izlənməsi aidiyyatı xəbərlərin ötürülməsi
  • Müəssisəhaqqında çıxan məlumatların monitorinqi və qimətləndirilməsi

Strateji fəaliyyət:

  • PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarəti
  • Kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması
  • PR standartlarının tərtibi və ona nəzarət
  • Müəssisənin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirak

Sosial şəbəkələr:

  • Sosial şəbəkələrdəki hesabların idarə olunması, izlənməsi
  • Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət qurulması, sualların cavablandırılması
  • Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması və tətbiqi
  • Müsabiqə və onlayn kampaniyaların təşkili

Web sayt:

  •  Admin panelinin idarə olunması
  • Sayta məlumatların daxil edilməsi
  • Sualların cavablandırılması

Dizayn və çap işləri:

  • Dizayn və çap işlərində korporativ dizayn elementlərinin istifadəsinə nəzarət
  • Dizayn və çap işlərinə dair təkliflər, ideyaların verilməsi
  • Dizayn və çap işlərinin müəssisənin strategiyasına uyğunluğunun təmin edilməsi
  • İllik hesabatların hazırlanması

Əlavə məlumat:

  • Qrafik Dizayn proqramlarından birini bacarması önəmlidir.

Namizədliyi irəli sürmək üçün tələb olunan sənədlər: namizədin CV-si

Elektron ünvan: pr@scout.az (məktub elektron ünvana “PR” mövzusu altında göndərilməlidir)

Sənədlərin göndərilməsinin son tarixi: 30 fevral 2020-ci il

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı