Qısa məzmun
Mətanət A Şirkətlər Qrupu İctimaiyyətlə Əlaqələr şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir
Təsvir
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq;
- PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək;
- Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək;
- Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək;
- Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək;
- Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək;
- Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq;
- Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq;
- Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək;
- Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək;
- Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək;
- Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq;
- Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək;
- PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək;
- Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq;
- PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq;
- Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək.
Tələblər
- İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil;
- PR və kommunikasiya sahəsində 5 illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- PR alətləri və texnologiyaları üzrə bilik;
- Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə;
- Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə;
- Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
Şəxsi Keyfiyyətlər:
- Güclü liderlik və idarəetmə bacarığı;
- Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi);
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti;
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günü;
- Korporativ nömrə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.