İbtidai sinif üzrə köməkçi müəllim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi İbtidai sinif üzrə köməkçi müəllim vəzifəsi üzrə vakansiya elan edir.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis Bölməsinə ibtidai sinif üzrə köməkçi müəllim vakansiyası mövcuddur.

Tələblər:

  • İbtidai sinif müəllimliyi və ya əlaqəli pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (C1)

Öhdəliklər:

  • Beynəlxalq Kembric kurikulumu üzrə şagirdlərin təlim-tədris və tərbiyəsi ilə məşğul olmaq
  • Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
  • Sinif rəhbərinə dərs və dərsdən kənar fəaliyyətlərdə sinfin idarə olunmasında yaxından kömək etmək
  • Şagirdlərin sosial, emosional, fərdi və intellektual inkişafına təkan vermək
  • Sinif rəhbərini və ya fənn müəllimini ehtiyac yaranarsa əvəz etmək

Namizəddə axtarılan xüsusiyyətlər:

  • İxtisas üzrə ən azı 1 il iş təcrübəsi
  • Pozitiv və effektli ünisyyət bacarıqları
  • IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
  • 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
  • Beynəlxalq Kembric Kurikulumu (Cambridge International Primary Curriculum) və Milli Kurikulum üzrə məlumatlılıq
  • İbtidai pillə üzrə müasir pedaqogika və metodologiyaları izləmək
  • Məktəbin təlim-tədris və tərbiyə işinin təşkilində və sosial fəaliyyətlərinə öz töhfələrini vermək
  • İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
  • Özünü daim inkişaf etdirmə və öyrənmə həvəsi

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • 500+ Universitet qəbul balı
  • Bakalavr ixtisası üzrə yüksək qiymətlər
  • Yüksək ingilis dili bacarığı
  • Sahə üzrə təcrübəsi

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/20-ibtidai-sinif-uzra-komakci-muallim

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...