Rus bölməsi üzrə ibtidai sinif müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Rus bölməsi üzrə ibtidai sinif müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Rus bölməsi üzrə ibtidai sinif müəllimi vəzifəsinə müraciət etmək üçün ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır və yüksəkdir.

NAMİZƏDLƏRDƏN TƏLƏBLƏR:

  • Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq bölmə üçün nəzərdə tutulan dildə mükəmməl danışma və yazma bacarığı (Rus dili);
  • Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə;
  • 6-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istrəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.
  • İngilis dilinin bilməsi arzuolunandır.

ÖHDƏLİKLƏR:

  • Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
  • Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
  • Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
  • Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
  • Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Son müraciət tarixi: 21.02.2020

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla ( Məsələn Rus bölməsi üzrə ibtidai sinif müəllimi) hr@mtk.edu.az electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.

Son müraciət tarixi: 21.02.2020İbdita

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...