Qısa məzmun
Ə/h 1200-1500 AZN. NewCond LLC HVAC sistemləri üzrə layihəçi-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq ixtisas üzrə təhsil olmalıdır.
İş barəsində məlumat :
- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması
- Avadanlıqların yükünün (gücünün və ya məhsuldarlığının) hesablanması və avadanlıqların seçilməsi, layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi
- Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur
- Əmək haqqı: 1000-1500 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır
- Müsahibənin nəticəsinə əsasən namizədin əmək haqqı daha yüksək ola bilər
- İş qrafiki : Bazar ertəsi -Şənbə saat 9:00 dan 18:00-a kimi
- Qeyri iş günləri: Bayram və bazar günləri
CV lərinizi marketing@newcond.az elektron ünvanına HVAC layihəçi -mühəndis mövzusu ilə göndərməyiniz xahiş olunur .
Namizədə tələblər:
- Yaş həddi: 25-45, Cinsi: Kişi
- HVAC sistemləri üzrə layihəçi – mühəndis
- Qazanxana, Çiller, VRF ( VRV) və havalandırma sistemləri üzrə biliklərin olması
- Müvafiq ixtisas üzrə təhsilin olması
- Bu sistemlər üzrə ən azı 3 illik iş təcrübəsinin olması
- AutoCAD və Microsoft Office proqramlarında işləməyi bacarmalı
- Rus və İngilis dillərində minimum bilikləri olan və terminləri bilən namizədlərə daha çox üstünlük veriləcək
- Sürücülük vəsiqəsinin olmasına və avtomobil idarəetmə qabiliyyətinə görə əlavə üstünlük veriləcək
- Səliqəli, nizam intizamlı, kollektivlə işləməyi bacaran, tapşırıqları yerinə yetirən, çalışqan, işini sevən olmalı