Hüquqşünas (Problemli Kreditlər şöbəsi)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Hüquqşünas (Problemli Kreditlər şöbəsi) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Müxtəlif hüquqi sənədlərin hazırlanması;
  • Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi;
  • Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək;
  • Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək;
  • Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq;
  • Müvafiq məlumat bazası yaratmaq;
  • Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək;
  • Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
  • Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər.

Tələblər:

  • Təhsil: Ali (Hüquq sahəsi üzrə);
  • Azərbaycan dilini səlis, rus dili orta səviyyədə bilmək;
  • Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
  • Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
  • Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.

Müraciət üçün linkə daxil olun:https://qlor.me/l4ifaohm

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı