Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Hüquqşünas (Problemli Kreditlər şöbəsi) vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus dili orta səviyyədə bilməlidir.
Tələblər:
- Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
- Azərbaycan, rus dili orta səviyyədə
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
- Müxtəlif hüquqi sənədlərin hazırlanması
- Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
- Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
- Müvafiq məlumat bazası yaratmaq
- Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
- Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (Problemli Kreditlər şöbəsi)” yazaraq CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...