Hüquqşünas köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan LLC Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində, korporativ hüquqi sənədlərin tərtib edilməsində, yeni fialialların qeydiyyatdan keçirilməsində, qiymətli kağızların emisiyyasında, müxtəlif növ müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və ya nəzərdən keçirilməsində Hüquqşünaslara köməklik göstərmək
  • Təşkilatın tərəf olduğu məhkəmə işləri üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında, məhkəmə işinin aparılmasında və Təşkilatın məhkəmələrdə təmsil edilməsində hüquqşünaslara köməklik etmək;
  • Təşkilatın tərəf olduğu məhkəmə işləri üzrə qəbul edilmiş yekun məhkəmə qərarlarının qanuni icra yönəldilməsi, müvafiq ərizə və vəsatətlərin və digər sənədlərin hazırlamasında, icra işlərinin aparılmasında hüquqşünaslara köməklik etmək;
  • Məhkəməyə qədər şikayətlər üzrə şikayətlərin qəbul edilməsi, araşdırılması, qeydiyyatının aparılması və cavablandırılması ilə bağlı işlərdə hüquqşünaslara köməklik etmək;
  • Müstəqil qaydada icra etməsi üçün həvalə edilən digər tapşırıqları icra etmək;

Tələblər

Təhsil və Təcrübə

  • Hüquqşünaslıq ixtisası üzrə üzrə bakalavr dərəcəsi (2023-də bitirməkdə olan Hüquqşünaslar da müraciət edə bilər;
  • Mülki, mülki prosesual banklar və bank olmayan kredit təşkilatları haqqında qanunvericiliyi bilmək;
  • İş təcrübəsi tələb edilmir;

  Bacarıqlar:

  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus və ya İngilis dilində orta/yaxşı danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Zərurət olduqda regionlara səfər etmək imkanına malik olmaq;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

Link: https://qlor.me/li346nqst

Oxşar vakansiya siyahısı:

Beynəlxalq münasibətlər üzrə mütəxəssis

CRESCENT Araşdırmalar Mərkəzi Beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

CRESCENT Araşdırmalar Mərkəzi

16.10.2024 - Bakı