Korporativ tənzimlənmə üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom Korporativ tənzimlənmə üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəlikləri:

  • Cəmiyyətdaxili normativ sənədlərin (Nizamnamə və Əsasnamələrin, Qaydaların, Təlimatların, Proseslərin və digər daxili normativ sənədlərin) hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasının hazırlamaq, zəruri dəyişiklikləri etmək;
  • Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
  • Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

  • Ali hüquq təhsili (magistratura təhsili arzuolunandır);
  • Müvafiq sahə üzrə azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasını,
  • Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu,
  • Mülki, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrini,
  • Dövlət satınalmaları haqqında AR Qanununu və Azərbaycan Respublikasının Əmək qanunvericiliyini bilmək və
  • Dövlət satınalmalarının keçirilməsi prosedurları haqqında məlumatlı olmaq, hüquqi şəxslərin qeydiyyatı, ləğvi, yenidən təşkili, struktur bölmələrinin yaradılması və qeydiyyatı ilə bağlı müvafiq prosedurların həyata keçirilməsinə dair biliklərə və təcrübəyə sahib olmaq;
  • İşgüzar və hüquqi yazışma normalarını bilmək;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Dövlət dilini səlis bilmək, ingilis və rus dillərindən birini və ya hər ikisini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
  • Öz sahəsi üzrə qüvvədə olan digər normativ hüquqi və metodiki sənədləri bilmək;
  • Kompüter bilikləri üzrə: MS Office (word, excel və powerpoint) və Outlook proqramlarında sərbəst işləmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək.

Namizədin şəxsi keyfiyyətləri:

  • 23-40 yaş həddi;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları (zəruri hallarda) ;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmağı;
  • Yaradıcı və təşəbbüskar olmağı.
  • İş barədə məlumat:
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • Arzu edənlər CV-lərini hr@aztelekom.az elektron poçt ünvanına göndərə bilərlər.
  • Qeyd: CV göndərərkən elektron poçtun “mövzu” hissəsinə müraciət olunan vəzifənin adı (Korporativ tənzimləmə üzrə hüquqşünas) və maaş gözləntisi mütləq qeyd edilməlidir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı