Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SOCAR Polymer Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Hüquq üzrə ali təhsil
  • Kommersiya hüququ sahəsində ən azı 3 il staj
  • Əmək, satınalma, müəssisədaxili texniki təhlükəsizlik normaları üzrə nəzəri və praktiki biliklər və müvafiq təcrübə
  • Mülki-hüquqi müqavilələrin və digər hüquqi sənədlərin sərbəst şəkildə tərtib edilməsi
  • Sənədlərin hüquqi analizinin aparılması və müvafiq rəylərin hazırlanması üzrə təcrübə
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və rus dillərini bilənlərə üstünlük verilir);
  • Kompüter bilikləri (Microsoft Office)
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • Işdə dəqiqlik və detallara diqqəti cəmləmə qabiliyyəti.

İşin təsviri:

  • Əmək, satınalma və müəssisədaxili texniki təhlükəsizlik üzrə müəssisədaxili sənədləşmənin təşkili, nizamlanması, müəssisədaxili struktur bölmələri ilə əməkdaşlıq və müvafiq rəylərin verilməsi;
  • Kommersiya fəaliyyəti üzrə müqavilə layihələrinin hazırlanması, müəssisənin kontragentləri tərəfindən təqdim edilən müqavilə layihələrinə müəssisənin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
  • Bağlanması nəzərdə tutulan və hüquq şöbəsi tərəfindən viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.

MÜRACİƏT PROSEDURU:

Maraqlanan namizədlər https://socarpolymer.az/en/career/experienced-professionals/ linkini izləməlidirlər:

Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 19 Noyabr 2021-ci il

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı