Hüquqşünas köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

General Supply Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə bacarığı olmalıdır.

Əsas vəzifə və öhdəliklər:

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
  • Təşkilatın maraqlarının məhkəmələrdə, hökumət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qrarlarının icrası proseslərinin aparılması.
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək.
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədə qarşı tələblər:

  • Ali hüquqi təhsil
  • Mülki, əmək, inzibati qanunvericilik sahəsində biliklər.
  • Korporativ Hüquq sahəsində 1 il iş təcrübəsi.
  • Azərbaycan dili, İngilis dili əla səviyyədə, Rus dili orta səviyyədə
  • Analitik düşüncə
  • Problem həll etmə bacarığı
  • Kişi namizədlərə üstünlük verilir.

Əmək şəraitinin şərtləri:

  • 5 günlük iş rejimi
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • İş yerinin ünvanı: Nobel prospekti 15, Azure BM

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas köməkçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız bütün tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı