Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Omnia Quality Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Müqavilə layihələrinin hazırlanması, razılaşdırılması, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparılması;
  • Müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirilməsi, müqavilələrə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi;
  • AR mülki, mülki, əmək, inzibati, vergi, mülki-hüquqi aktlarının tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin edilməsi;
  • Müəssisənin iştirak etdiyi tenderlər üçün hüquqi nöqteyi nəzərdən tələb olunan sənədlərin hazırlanması;
  • Müəssisənin adından bütün növ məktubların hazırlanması, əmrlərin, etibarnamələrin, hazırlanması, korporativ sənədləşmənin aparılması;
  • Müəssisənin struktur bölmələrinin əməkdaşları tərəfindən qanunvericilik və normativ tələbələrə uyğun işləməsinin təmin edilməsi məqsədilə daxili audit və yoxlamaların aparılması və uyğunluğunun qiymətləndirilməsi;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Cari qanunvericilik haqqında Müəssisənin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərdə rəylərin verilməsi;
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəylərin verilməsi;

Tələblər:

  • Azərbaycan dili- əla,Rus dili- əla, İngilis dili – əla (hər iki xarici dildən ən azı biri həm yazılı həm şifahi formada əla səviyyədə olmalıdır) ;
  • Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
  • Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
  • Nəzarət, işi təqibetmə və analiz etmə qabiliyyəti
  • 5+ illik analoji iş təcrübəsi (dövlət qrumlarında müvafiq stajı olanlara üstünlük veriləcəkdir)
  • Əsasən konsultinq şirkətlərdə çalışan namizədlərə üstünlük veriləcəkdir Yuxarıda göstərilən tələblərə uyğun namizədlərdən öz

CV-lərini vusala.aliyeva@omniaquality.com ünvanına mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə yönləndirmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı