Qısa məzmun
Ə/ h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
MKT-İK MMC (Pambıq müəssisəsi) İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə Hüquqşünas vakansiyası üzrə işçi axtarır.
Vəzifə funksiyaları:
- İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
- Məhkəmə proseslərində təmsilçilik;
- Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
- Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
- İcra və prosessual qanunvericiliyin tətbiqi sahəsində qanunvericiliyi bilmək və tətbiq etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
- Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
- Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.
Tələblər:
- Ali təhsil;
- 25-45 yaş arası;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
- Mülki, iznibati prosessual, və icra qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
- Dövlət orqanları ilə iş bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: 5 günlük, I – V günlər 09:30-18:30,
Müraciət qaydaları: CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə)” yazmaqla göndərilir.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Korporativ İdarəetmə və Hesabatçılıq üzrə Mütəxəssis / Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
MKT İstehsalat Regional hüquqşunas (Biləsuvar) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...