Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təmin olunur, Şirkət hesabına nahar verilir.
Vəzifə öhdəlikləri:
- Şirkətin Məhkəmədə təmsil edilməsi və irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s. )hazırlanması;
- Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin təqib edilməsi;
- Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək və hüquqi tədqiqatın aparılması;
- Qanuni qüvəyyə minmiş Məhkəmə qərarlarını icraya yönəltmək və Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra edilməsi;
- İnzibati və Vergi işləri ilə məşğul olunması;
- Mübahisələr ilə bağlı Məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
- Cinayət işi materiallarının hazırlanması.
Tələblər:
- Ali təhsil (Hüquq sahəsində);
- Yaş həddi : 25-40;
- Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
- Dil biliyi : Azərbaycan dili (mükəmməl), Rus dili (orta səviyyədə);
- Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- İş ilə bağlı ezamiyyətlərə getməkdə çətinliyi olmamalı.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Tibbi Sığorta ilə təminat;
- Şirkət hesabına nahar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Korporativ İdarəetmə və Hesabatçılıq üzrə Mütəxəssis / Baş Mütəxəssis
PASHA Bank Korporativ İdarəetmə və Hesabatçılıq üzrə Mütəxəssis / Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Regional hüquqşunas (Biləsuvar)
MKT İstehsalat Regional hüquqşunas (Biləsuvar) vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis
PASHA Bank Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...