Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Unicapital Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ali hüquqi təhsil olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün funksional sahələri üzrə hüquqi tənzimlənməsini həyata keçirmək;
  • Şirkətin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək;
  • Tərəf müqabili şirkət olduğu halda müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  •  Şirkətin müştərilər, partnyorlar, nəzarət orqanları və digər şəxslərlə (dövlət/qeyri-dövlət) münasibətlərdə hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təşkil dilməsində iştirak etmək;
  • Cəmiyyətə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və uçotunu həyata keçirmək;
  • Şöbəyə daxil olmuş aidiyyatı sənədlərin icrasını həyata keçirmək;
  • Şirkətin sənəd dövriyyəsi işinin təşkili və xaric olan sənədlərin göndərilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək;
  • Şirkətdə sənədlərin bir dildən başqa dilə tərcüməsi işinin təmin etmək;
  • Arxiv işinin təşkil edilməsində iştirak etmək;
  • Digər şöbələrdən sənədlərin müvafiq akt əsasında arxivə qəbul etmək;
  • Akt əsasında sənədlərin yoxlanılması, qəbulu, çeşidlənməsi, tikilməsi, arxiv sistemində struktur üzrə yerləşdirmək;
  • Arxiv sənədləri və onların surətləri barədə sorğuları cavablandırmaq;
  • Milli Arxiv İdarəsi tərəfindən sənədlərin məhv edilməsi prosesinin həyata keçirilməsinə yardım və nəzarət etmək.
  • Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • Biznes proseslərini bilmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;•
  • Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizəd üçün tələblər:

  • Ali hüquqi təhsil;
  • İnvestisiya fəaliyyətinin əsaslarını bilmək;
  • Müvafiq sahə üzrə 1 il və daha artıq iş təcrübəsi;
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst, İngilis dili üzrə “İntermediate” səviyyəsində bilik;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həllində təcrübə;
  • Korporativ davranış normalarını bilmək;
  • Korporativ müştərilərlə iş zamanı istifadə edilən öz sahəsi ilə əlaqədar Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;

İş şəraiti barədə məlumat:

  • İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
  • Ünvan: Azure Business Center
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında müəyyən olunacaq.

Müraciət etmək üçün cv@unicapital.az email ünvanına “Hüquqşünas” mövzusu ilə “CV”nizi göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı