Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
  • Məhkəmə proseslərində təmsilçilik;
  • Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
  • Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
  • Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
  • Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
  • Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.

Tələblər:

  • 25-45 yaş arası;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
  • Mülki, iznibati,əmək və icra , o cümlədən prosessual qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
  • Dövlət orqanları ilə iş bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki: 6 günlük, I – V günlər 09:00-17:00, Şənbə günü 09:00-15:00.

Müraciət qaydaları:

CV–ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (Bərdə Filialı üzrə)” yazmaqla göndərilir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı