Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Lazımi hesabatları hazırlamalıdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Hüquqşünas tələb olunur.

Vəzifənin rolu:

  • Hüquqşünasın şirkətdə rolu hüquq şöbəsinin işinin təşkili, qanunların tətbiqi ilə bağlı hüquqi məsləhətlərinin verilməsi və hüquqi məsələlərin həll edilməsini nəzərdə tutur.

Vəzifə öhdəlikləri:

  • Müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparmaq
  • Dövlət idarə və təşkilatlarında şirkəti təmsil etmək, şirkətin mənafeyinə aid qərarlarla bağlı məsələləri həll etmək
  • Müxtəlif hüquqi məsələlər barədə araşdırmaların aparılması
  • Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi
  • Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, qanunvericilikdə müəyyən edilmiş müddətdə onları cavablandırmaq
  • Fərqli sahələr üzrə müxtəlif növ müqavilələri (alqı-satqı, icarə, xidmət, podrat, təsis və s.) hazırlamaq
  • Korporativ fəaliyyət ilə bağlı təlimat, qayda, iş prosedurlarını və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi təkliflər hazırlamaq

Əsas tələblər:

  • Təhsil:
  • Hüquq üzrə ali təhsil
  • Təcrübə:
  • Hüquq sahəsində ən az 5 il təcrübə
  • Professional Biliklər:
  • Azərbaycan Respublikası qanunları, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, müxtəlif nazirlik və komitələrin əsasnamə və təlimatları barədə məlumatlı olmalı
  • Müəssisə, idarə və təşkilatların hüquqi fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları bilməli
  • Müqavilələrin tərtib olunması və bağlama qaydası haqqında biliklərə malik olmalı
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili yaxşı səviyyədə
  • MS Office proqramlarını yaxşı bilmək
  • Professional Bacarıq və Kompetensiyalar:
  • İş bölgüsü
  • Danışıqların aparılması
  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət
  • Nəticə yönümlülük
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas ” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı