Yandex-watch
Hüquqşünas peşəsi üzrə vakansiya — Superfon — iş elanları 2020

Hüquqşünas peşəsi üzrə vakansiya 2020 / 2021

Banklara müraciət etmədən sadəcə öz smartfonunuza tədbiqi yükləyərək bütün kartlara sahib olun.

Banklara müraciət etmədən sadəcə öz smartfonunuza tədbiqi yükləyərək bütün kartlara sahib olun.

Virtual Kart mənə nə verəcək?

  • 1. İndi al sonra ödəXərclərinizi bir neçə ay taksitlə ödəyin;
  • 2. Etik yanaşmaFaiz yox, gizli komissiya yox, cərimə yox;
  • 3. Yüksək gəlirBaşqalarının alışlarını maliyyələşdirin - yüksək cashback sizə hesablansın;
  • 4. Risksiz investisiyaVerdiyiniz borcların qaytarılmasını platforma tam olaraq öz üzərinə götürür;
  • 5. QR ödənişAlış etmək üçün QR kodu oxutmaq kifayətdir;
  • 6. Real vəsaitBonuslarla, pointlərlə və digər fəndlərlə sizi aldatmırıq - yalnız real cashback;

Xüsusi təkliflər yalnız məhdud sayda istifadəçiyə sıra ilə veriləcək.

Qeydiyyat
Elanın müddəti bitmişdir

Ə/h razılaşma yolu ilə. Superfon Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Korporativ mobil nömrə.ilə təmin olunacaqdır.

Hüquqşünas-vakansiya-2020

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Hüquqşünas

  • İş yeri: Bakı;
    İş təcrübəsi:Minimum 2-il;
    Təhsil: Ali hüquqi təhsil;
    Yaş həddi: 25 və ya üzəri.

İşin təsviri: Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərinin icra edilməsi.

Vəzifə öhdəlikləri:

  • Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika,nəqliyyat,satış,) hazırlanması, əmtəə nişanları, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
  • Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
  • Məhkəmə proseslərində şirkət nümayəndəsi kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, məhkəmə çıxışları və s.) hazırlanması, məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda şirkətin mənafeyinin etibarlı müdafiəsini təmin edilməsi;
  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
  • Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
  • Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
  • Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
  • Daşınmaz əmlak, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.

Tələblər:

  • Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilini bilməsi arzuolunandır;
  • Azərbaycan Respublikasının normativ hüquqi aktları haqqında məlumatlı olmaq, dövlət orqanları ilə işin qaydalarını bilməlidir, AR
  • mülki, mülki-prosessual, əmək, gömrük, inzibati, vergi hüququnun əsaslarını bilməsi arzuolunandır;
  • Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı olan.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 6 günlük iş qrafiki;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Hüquqşünas” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Hüquqşünas

Optimal Electronics LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Optimal Electronics LLC - Bakı - 18.06.2021

Hüquqşünas

Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

AS Group Investment LLC - Bakı - 17.06.2021

İcraçı

Kontakt Home İcraçı (Qəbələ) vəzifəsi üzrə vakansiya elan edir.

Kontakt Home - Qəbələ - 16.06.2021

Senior Legal Adviser (Malls Group)

Job Title: Senior Legal Adviser (Malls Group) Role Synopsis: Pasha Construction LLC is looking for prospective candidates to join our Malls Group division in a position of Senior Legal Advisor. Candidates meeting the below stated criteria are requested to send their CV/Resume to Key Accountabilities: Preparation of contracts or giving legal opinions for contracts Preparation and […]

PASHA Construction - Bakı - 11.06.2021

Hüquqşünas

BOA Agency Hüquqşünas (Məhkəmə qərarlarının icrası ilə bağlı icra tədbirlərinin görülməsi) vəzifəsi üzrə vakansiya elan edir.

BOA Agency - Bakı - 10.06.2021

1000 — 1500 ₼

Hüquqşünas

CABC-GLOBAL Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

CABC-GLOBAL - Bakı - 10.06.2021

500 — 900 ₼

Hüquqşünas

Ə/h 500-900 AZN. HajMa Group of Companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Müqavilələrlə işləmə bacarığı olmalıdır.

HajMa Group of Companies - Bakı - 09.06.2021

1500₼

Korporativ hüquqşunas

Rifah Group Korporativ hüquqşunas vəzifəsi üzrə vakansiya elan edir.

Rifah Group - Bakı - 09.06.2021

Hüquqşünas

Ə/h razılaşma yolu ilə. Money4you.financial Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Money4you.financial -AZ MMC - Bakı - 08.06.2021

Hüquqşünas

MKT İstehsalat Kommersiya MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

MKT İstehsalat Kommersiya MMC - Bərdə - 08.06.2021

Hüquq Məsləhətçisi

Ə/h razılaşma yolu ilə. Norm OJSC Hüquq Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Norm OJSC - Bakı - 08.06.2021

Юрист

Юрист в строительную компанию Высшее юридическое образование Владение необходимыми программами для ведения юридических дел Грамотный азерб и русский языки, базовый англ. Ведение юридических дел, в том числе связанных со строительством Организация работ по получению и получение разного рода юрид.документации в процессе строительства Рабочий день с 9 до 18:00, суббота с 10:00 до 15:00 Зарплата: оговаривается […]

Fortis Construction - Bakı - 04.06.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et