Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Massi MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı müsahibə zamanı əməkdaşın bilik və savad səviyyəsinə uyğun təyin olunacaq.

İcra edəcəyi işlər:

  • Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
  • Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
  • Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
  • Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsiDaxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası

Tələb olunan peşə-ixtisas səviyyəsi:

  • Hüquq sahəsində ali təhsil
  • Müvafiq sahədə bank və BOKT-larda minimum 3 il iş təcrübəsi
  • Lizinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

İş şərtləri:

  • Bazarertəsi – Şənbə: 09:00 – 18:00
  • Əmək haqqı: 700-900 AZN müsahibə əsasında müəyyən olunur.
  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri

Maraqlanan namizədlərdən öz CV-lərinizi hrmassi2@gmail.com poçt ünvanına, mövzu bölməsində Hüquqşunas yazılmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı