Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Hüquqşünas üzrə vakansiya elan edir. Əmək bazarına uyğun rəqabətli əmək haqqı olacaqdır.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hazırlanması;
  • Hüquqi sənədlərin tərtib edilməsi;
  • Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
  • Hüquq sahəsində 1 ildən az almayaraq iş təcrübəsi;
  • Namizəd AR-nın mülki qanunvericiliyini (xüsusilə öhdəliklər, əqdlər, françayzinq, ipoteka, icarə, lisenziya və s. daxil olmaqla), mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
  • Orta səviyyədə ingilis və rus dili biliyi arzuolunandır;
  • Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
  • Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Servis xidməti;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Hüquqşünas” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı