Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-1000 AZN. KDY Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus dili mütləq səlis şəkildə olmalıdır.

İş barədə məlumat:

  •  İş grafiki: 09.00-dan 18.00-dək
  • Nahar: 13.00-dan 14.00-dək
  • Şənbə – Bazar – qeyri iş günləri
  • Daxili korporativ aktların, əmr, təlimat, protokolların qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
  • Müqavilələrin hazırlanması, şirkətin tərəfdaşları tərəfindən daxil olan müqavilələrin yoxlanılması
  • Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi
  •  Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
  • Şirkətin işçiləri ilə birlikdə hüquq mühafizə, nəzarət, tənzimləmə orqanlarına, habelə qarşı tərəflərə ünvanlanan sənədlərin hazırlanması
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması, dövlət organlarının bütün sorğularında iştiraki
  • Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik
  • İddia və iddia işlərinin aparılması
  • Şirkətin fəaliyyətinə aid sənəd dövriyyəsinin qurulması və nəzarəti
  • Şirkətə gələn hər hansı bir dövlət / hüquq-mühafizə orqanı işçisinin ofisinin giriş qapısında görüşmək və onunla ilk söhbət
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s
  • Şirkətin fəaliyyəti ilə əlaqəli hüquqi məsələlərdə ofis işçilərinə məsləhət vermək

Namizədə tələblər:

  • Yalnız xanım namizədlər müraciət etsin
  • Rus və ya ingilis dillərini yüksək səviyyədə bilməli
  • Ali təhsilli
  • Ofis Proqramlarını bilməli
  • Müdiriyyətin verdiyi tapşırıqları vaxtında həll etmək
  • Kollektivlə işləmə bacarığı
  • Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
  • İş rejiminə ciddi yanaşma, səliqəli xarici görünüş, nəzakətli danışıq, işinə qarşı məsuliyyətli olmalı

Tələblərə uyğun namizədlər yalnız Şəkilli CV-lərini info@kdycompany.com elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı