Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməlidir.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • MS Office proqramlarını bilməli;
  • Xarici dil: Rus və İngilis dillərini bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı.

Əsas vəzifə öhdəlikləri:

  • Məhkəmələrdə, icra və probasiya şöbələrində, o cümlədən digər dövlət orqanlarında və üçüncü şəxslər qarşısında Cəmiyyətin təmsil olunması və onun hüquq və mənafelərinin müdafiə edilməsi;
  • Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə aktları üzrə şikayətlərin hazırlanması;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunun və saxlanmasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, Cəmiyyətin kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
  • Cəmiyyətin daxili normativ sənədlərinin (əmr, əsasnamə, protokol və s.) layihələrinin hazırlanması, Cəmiyyətin digər struktur bölmələrinə normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas təminatlar:

  • Nahar ilə təmin olunur,
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,

E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində ” Hüquqşünas ” qeyd olunması zəruridir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı