Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilməlidir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və xarici universitetin diplomu olanlara üstünlük veriləcək)

İşin təsviri:

Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərini icra edir.

Vəzifə öhdəlikləri:

  • Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
  • Müqavilə idarəetmə prosesinin daim təkmilləşdirilməsi;
  • İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
  • Müqavilələrin hüquqi tərəfdən yoxlanması;
  • Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək və s.

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Qida təhlükəsizliyi sahəsində yüksək nəzəri və praktik biliklərə malik olmalı:
  • Dövlət orqanları ilə iş və məhkəmə işlərinin aparılması qaydalarını bilməli;
  • AR-nın qanunlarını, mülki, mülki prosessual, inzibati , inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
  • Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramından sərbəst istifadə etmək bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Xüsusi Tələblər:

  • Dürüst və vicdanlı olmalıdır, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
  • Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır;
  • İş ilə bağlı ölkə daxilində və xaricində ezamiyyətə gedə bilməlidir.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • 5 günlük iş qrafiki;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: Eli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Hüquqşünas” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı