Qısa məzmun
Crystal group of companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin korporativ hüquq üzrə gündəlik fəaliyyətinə hüquqi dəstəyin göstərilməsi
- Müqavilələrin hazırlanması, təhlili, hüquqi ekspertizası və risklərin qiymətləndirilməsi
- Şirkətin daxili sənədlərinin, qaydaların və prosedurların hazırlanması və hüquqi baxımdan yoxlanılması
- Hüquqi rəylərin verilməsi, hüquqi sorğuların cavablandırılması
- Dövlət qurumları ilə yazışmaların aparılması və hüquqi proseslərin izlənilməsi
- Şirkətin fəaliyyətinə aid normativ hüquqi aktların monitorinqi və yeniliklərlə bağlı rəhbərliyə məlumat verilməsi
Tələblər:
- Hüquq üzrə ali təhsil
- Minimum 3 il iş təcrübəsi (korporativ hüquq sahəsində təcrübə üstünlükdür)
- Korporativ hüququ mükəmməl bilmək
- Müqavilə hüququ üzrə yüksək səviyyədə bilik və praktiki təcrübə
- Azərbaycan Respublikasının qanunvericiliyini dərindən bilmək
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik
- Səlis yazı və ünsiyyət bacarıqları
Şərtlər:
- İş qrafiki: 5 günülk
- İş saatları: 08:00–17:00
- Nahar şirkət tərəfindən verilir
- Rəsmi əmək müqaviləsi
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Hüquqşünas” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...