Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AccessBank Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Analitik və yaradıcı düşüncə tələb olunur.

Əsas vəzifə və öhdəlikləri

  • Bankın əməkdaşları üçün qanunvericilik məsələləri üzrə mühazirələrin aparılması
  • Qanunvericiliyin tətbiqi ilə bağlı sorğuların cavablandırılması və ya aidiyyəti üzrə həmkarlarına yönləndirilməsi
  • Banka daxil olmuş müraciətlərin, sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edilməsi
  • Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
  • Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
  • Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəyin verilməsi
  • Tərəfdaşlar və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
  • Bank daxilində müəyyən edilmiş etik davranış qaydalarına riayət etmək, digər əməkdaşlara qarşı diqqətcil olmaq, onların mənafeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, onlarla mehriban və səmimi münasibət saxlamaq
  • Bankın korporativ maraq və işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək
  • Öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək

Vəzifə üzrə tələblər:

  • Ali hüquq təhsili
  • Peşə istiqaməti üzrə 2- 3 (iki – üç) il, o cümlədən bank sahəsində 1 – 2 (bir-iki) il iş təcrübəsi
  •  Mülki qanunvericilik, o cümlədən bank qanunvericiliyi sahəsində nəzəri və praktik biliklər, digər qanunvericilik sahələri (mülki prosessual, əmək) üzrə nəzəri biliklər
  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı bilmək
  • Komputer texnikası ilə işləmək bacarığı
  • Kollektivdə işləmək bacarığı
  • Tabelik münasibətlərində işləmək bacarığı
  • Analitik və yaradıcı düşüncə
  • Dəqiqlik və məsuliyyətlilik
  • Ünsiyyətcillilik və güclü inandırma bacarığı
  • Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı
  • İşdə təşəbbüskar və yenilikçi yanaşma
  • Daimi özünüinkişaf və təkmilləşdirmə
  • Rəsmi-işgüzar üslubda yazışmalar həyata keçirmək bacarığı

Vəzifə tələblərinə uyğun gələn namizədlər öz CV-lərini cv@accessbank.az elektron poçtuna “Hüquqşünas” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı