Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Analitik və yaradıcı düşüncə tələb olunur.
Əsas vəzifə və öhdəlikləri
- Bankın əməkdaşları üçün qanunvericilik məsələləri üzrə mühazirələrin aparılması
- Qanunvericiliyin tətbiqi ilə bağlı sorğuların cavablandırılması və ya aidiyyəti üzrə həmkarlarına yönləndirilməsi
- Banka daxil olmuş müraciətlərin, sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
- Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
- Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəyin verilməsi
- Tərəfdaşlar və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
- Bank daxilində müəyyən edilmiş etik davranış qaydalarına riayət etmək, digər əməkdaşlara qarşı diqqətcil olmaq, onların mənafeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, onlarla mehriban və səmimi münasibət saxlamaq
- Bankın korporativ maraq və işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək
- Öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək
Vəzifə üzrə tələblər:
- Ali hüquq təhsili
- Peşə istiqaməti üzrə 2- 3 (iki – üç) il, o cümlədən bank sahəsində 1 – 2 (bir-iki) il iş təcrübəsi
- Mülki qanunvericilik, o cümlədən bank qanunvericiliyi sahəsində nəzəri və praktik biliklər, digər qanunvericilik sahələri (mülki prosessual, əmək) üzrə nəzəri biliklər
- Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı bilmək
- Komputer texnikası ilə işləmək bacarığı
- Kollektivdə işləmək bacarığı
- Tabelik münasibətlərində işləmək bacarığı
- Analitik və yaradıcı düşüncə
- Dəqiqlik və məsuliyyətlilik
- Ünsiyyətcillilik və güclü inandırma bacarığı
- Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı
- İşdə təşəbbüskar və yenilikçi yanaşma
- Daimi özünüinkişaf və təkmilləşdirmə
- Rəsmi-işgüzar üslubda yazışmalar həyata keçirmək bacarığı
Vəzifə tələblərinə uyğun gələn namizədlər öz CV-lərini cv@accessbank.az elektron poçtuna “Hüquqşünas” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...