Hüquqşünas
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novex Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri: 

  • Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq; sənədlərin layihələrinə icazənin verilməsi;
  • Mülki müqavilələrin layihələrinin hazırlanması, şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olmasının yoxlanılması, müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
  • Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan resursları menecerinə köməklik etmək;
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
  • Məhkəmə mübahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;

Tələblər:

  • Hüquq sahəsində ali təhsil
  • Sahə üzrə iş stajı: 3 ildən yuxarı
  • Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-yaxşı, İngilis dili-yaxşı
  • Məsuliyyətli olmalı
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət qurabilmə qabiliyyəti
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilməli
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Qanunvericiliyini yüksək səviyyədə bilməli
  • Əməyin mühafizəsinin qayda və normalarını yüksək səviyyədə bilməli

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz və bu vəzifəyə müraciət etmək istədiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan electron poçt ünvanına göndərməyiniz xahiş olunur. Email-in mövzu hissəsində vəzifənin adını göstərilən şəkildə qeyd edin “Hüquqşünas (QKZ)”.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...