Qısa məzmun
Az-Tex MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
Tələblər
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 22 – 35
- Dil bilikləri: Azərbaycan dili- yüksək səviyyədə (rus dili, ingilis dili bilməsi üstünlükdür;)
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Hüquqşunas
İnci Group of Companies Hüquqşunas vəzifəsi üzrə vakansiya elan edir. ...