Hüquqşunas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Toca Residence Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli

İş barədə məlumat:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
  • Etibarnamələrin hazırlanması;
  • Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

İş qrafiki:

Hər həftə 2 dəfə olmaqla, iş saatı 9:00 – 19:00
Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək.Uyğun namizədlər, ŞƏKİLLİ cv-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı