Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yapi Kredi Bank Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı  3 il iş təcrübəsi;
  • Bank təcrübəsinin (Bankın məhkəmə, icra, hərrac kimi işləri üzrə ən azı 3 il iş təcrübəsinin) olması mütləqdir;
  • Banklar haqqında qanunvericilik aktları bilikləri ;
  • Mülki, əmək, inzibati qanunvericiliyini və mülki\inzibati\kommersiya prosesləri bilməli;
  • Daima hüquq və qanunvericiliklə bağlı yenilikləri öyrənərək işinə müvafiq şəkildə tətbiq etməsi ;
  • Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.

Əsas iş funksiyaları:

  • Məhkəmə, icra, hərrac və s. işlərində Bankı təmsil edərək iştirak edir.
  • Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak edir;
  • Problemli kreditlərin qaytarılması üçün zəruri tədbirlər görür;
  • Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə iş aparır, onların qüvvədən düşməsi və dəyişikliklərin edilməsi barədə qeydlər aparır;
  • Müqavilələrin hazırlanmasında yaxud bağlanması təklif olunan müqavilələrə dair hüquqi rəy verir.
  • İş funksiyalarından irəli gələrək digər müvafiq işləri həyata keçirir.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı