Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Az-Granata MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və Rus dili orta səviyyədə bilməlidir.

Tələblər :

  • Hüquq elmləri üzrə ali təhsil;
  • Mülki, əmək, vergi qanunvericiliyi üzrə biliklər;
  • Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dili orta səviyyədə;

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların aparılması, hazırlanması;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Hüquqi məsələlərlə bağlı digər tapşırıqları icra etmək;

E-mail: cv@azgranata.az ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı