Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qala Sigorta Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin subroqasiya (reqres) tələbləri üzrə işlərinin aparılması; bu məqsədlə subroqasiya yaranmış işlərin icraata qəbul edilməsi, qeydiyyatının aparılması, mövcud sistemə işlənməsi, məhkəməyə qədər həll proseduru üzrə tələb irəli sürülən şəxslərlə müvafiq danışıqların aparılması, subroqasiya (reqres) iddiası ilə bağlı bildiriş məktublarının, sorğuların və s. hazırlanması, aidiyyəti üzrə göndərilməsi, subroqasiya iddiası ilə bağlı işlərin məhkəməyə hazırlanması, sənədlərin toplanması, məhkəməyə müraciət edilməsi və məhkəmə proseslərində iştirak;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması, Şirkətin fəaliyyəti çərçivəsində ortaya çıxan hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak edilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Hüquqşünas ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi tələb olunmur;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili – səlis, Rus və İngilis dilləri – yaxşı səviyyədə;
  • Universiteti yeni bitirən namizədlərə üstünlük verilir.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: 600 AZN netto
  • İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək məzuniyyəti: 30 təqvim günü

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 03 dekabr 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı