Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Proffline Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında məlumat:

  • Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirmək və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
  • Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri hazırlamaq;
  • Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək;
  • Hazırlanmış təşkilat daxili normativ sənədlərin qanuniliyini yoxlamaq və rəy vermək;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
  • Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
  • Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
  • Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq;

Namizədə aid tələblər:

  • Ali hüquqi təhsil;
  • Yaş həddi:25-45
  • MS Office bilikləri;
  • Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
  • Azərbaycan və rus dillərini əla bilmək.
  • Hüquqi sənədləri sərbəst hazırlamalı;
  • Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.

İş qrafiki :

  • 6 günlük iş qrafiki (6-cı gün 09:00-14:00)
  • Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə hr@proffline.az elektron poçtuna göndərmələri xahiş o

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı