Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aqrarkredit Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat :

  • Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;
  • İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
  • Məhkəmə proseslərində Təşkilatı təmsil etmək;
  • Problemli kreditlərlə bağlı Təşkilatın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
  • Birbaşa rəhbəri, İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və təşkilatdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair təşkilatdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək;
  • Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək
  • Müqavilələrin və qanunvericiliklə tənzimlənən digər sənədlərin hazırlanmasını təmin etmək.
  • Əmək haqqı müsahibə zamanı razılaşdırılır.
  • İş vaxtı 09:00-dan 18:00-dək, həftədə 5 gün
  • İş yeri: Naxçıvan,Xaçmaz,Lənkəran,Ucar,Şəki,Salyan,İmişli,Qazax,Gəncə,Şamaxı filialları

Namizədə tələblər:

  • Ali təhsil ( Hüquq)
  • Hüquq sahəsində 1 ildən 3 ilədək
  • Kompüter bilikləri
  • Ünsiyyət bacarığı
  • Təqdimetmə və təmsiletmə bacarığı
  • Araşdırma və təhlil bacarığı

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı