Hüquqşünas – Müqavilələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AIR Group Hüquqşünas – Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Ali Hüquq təhsili;
  • Yaş həddi: 24-35;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
  • Kommersiya hüququ bilikləri;
  • Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
  • Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;

Gözlənilən müvafiq təcrübə:

  • Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
  • Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.

Əsas öhdəlikləri:

  • Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
  • Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
  • Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
  • Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
  • Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
  • Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
  • Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Müsahibə əsasıda təyin olunacaq
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Hüquqşünas – Müqavilələr üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı