Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurmaq və komandada işləmək bacarığı olmalıdır.

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Yaş həddi: 24-30
  • Təhsili: Ali hüquq təhsili mütləqdir
  • İş təcrübəsi: minimum 2 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır)
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)

Əsas vəzifə öhdəlikləri:

  • Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
  • Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
  • Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanmasını və məhkəmələrə çatdırılmasını təşkil etmək
  • Subroqasiya tələbinin ilkin mərhələdə tənzimləmək
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək
  • Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədləri almaq
  • Müvafiq aidiyyatı orqanlara sorğular göndərmək
  • Şöbənin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq

İş şərtləri

  • İş vaxtı: həftə içi 5 gün / 09:00-dan 18:00 dək
  • Şənbə və bazar – istirahət günləri

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı