Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Unicapital Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ali hüquqi təhsil olmalıdır.

Vəzifə öhdəliyi:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Cəmiyyətin tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
  • Hüquqi məsələlərə dair rəylərin hazırlanması;
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclas Protokolların hazırlanması;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Dövlət orqanlarına göndərilən məktub və digər sənədlərin hazırlanması;
  • Yeni məhsullar və xidmətlərlə bağlı hüquqi məsələlərin araşdırılması;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasının həyata keçirməsi və rəy təqdim edilməsi;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı

Tələblər: 

  • Ali hüquq təhsili;
  • Hüquq sahəsində 1 ilədək təcrübə;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi (xüsusən hüquqi şəxslər, qiymətli kağızlar bölmələri üzrə), “Qiymətli kağızlar bazarı haqqında” Qanunu üzrə yüksək biliklər, ümumi hüquq düşüncəsinin yüksək olması;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq qabiliyyəti;
  • Yüksək səviyyədə Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi (orta səviyyədə rus dili biliyi arzuolunandır);
  • MS Office komputer proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı.

Vakansiyaya uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə e-mail ünvanına göndərə bilər.

Son müraciət tarixi: 05.08.2022

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı