Hüquqşünas (Təcrübəçi )
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BEAT Group Hüquqşünas (Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir.

  • “Beat Group” Şirkəti Təcrübəçi Hüquqşünas vakansiyası elan edir!
  • Korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmaq istəyirsiniz?
  • Praktiki biliklərinizi və peşəkar bacarıqlarınızı təkmilləşdirmək istəyirsiniz?
  • Sizin yüksək səviyyədə tədqiqat qabiliyyətiniz varmı və problemlərin həllini asanlıqla tapa bilirsinizmi?
  • Hörmətli Gənc, o zaman biz “Beat Group” Ailəsi olaraq Sizə təcrübə keçmək və öz sahəsində peşəkarlarla işləmək fürsətini təklif edirik!

İşin təsviri:

  • Yüksək komanda ilə əməkdaşlıq: Bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanı;
  • Şəxsi və peşəkar bacarıqlarınızın inkişafı üçün əlverişli mühit,
  • Hüquqi sənədlərlə işləmək, mövcud məlumat bazası ilə işləmək, məlumat bazasını qorumaq və təkmilləşdirmək;
  • Sənədlərin təhlili, hüquqi araşdırmalar, müqavilələrin, aktların və sərəncamların hazırlanması, sənədlərin ekspertizasında hüquqi iştirak;
  • Görüşlərin və təqdimatların təşkili, iştirak;
  • Müştərilərlə görüşlərdə iştirak;
  • Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair rəylərin verilməsi prosesində iştirak etmək üçün hüquqi sənədlərin hazırlanması;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Namizəd üçün tələblər;

  • Ali hüquq təhsili (təhsil müəssisələrinin sonuncu kurs tələbələrivə yeni bitirənlər üçün);
  • Azərbaycan dilini mükəmməl bilməli, fikrini sərbəst ifadə etməyi və danışmağı bacarmalı;
  • Rus və ingilis dillərini əla səviyyədə bilməli;
  • Yüksək ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
  • MS Excel, MS Word və Outlook Express proqramlarından istifadə bacarığı

İşində fərqlənən namizədlərə işlə təmin olunması vəd olunur.

Cv-ni 30 İyun 2022-ci il tarixinədək mövzu hissəsinə “Təcrübəçi hüquqşünas” qeyd etməklə tunzala.t@beat.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı