Qısa məzmun
Kontakt Home Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır.
Təsvir
- Nisyə satış müqavilələrindən irəli gələn məhkəmə mübahisələri üzrə məhkəməyə qədər ilkin sənədləşmə işlərinin aparılması;
- İddia ərizələrinin tərtib edilməsi və məhkəmələrə təqdim edilməsi;
- Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
- Məhkəmə aktları əsasında şikayətlərin verilməsi;
- İcraatında olan məhkəmə mübahisələrinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.
Tələblər
- Ali hüquq təhsili;
- Minimum 3 il iş təcrübəsi (məhkəmə mübahisələri üzrə təcrübə arzu olunandır);
- Məhkəmə sahəsində geniş təcrübə;
- İnzibati və cinayət hüquq sahələrində müəyyən biliklərin olması arzuolunandır;
- Mülki və Mülki prosessual hüquq sahələrində dərin nəzəri və praktiki biliklər;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür;
- Məsuliyyətlilik, ünsiyyətçilik, stresə davamlılıq və inkişafa meyillilik.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...