Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

NANT MMC şirkəti Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Şirkətin bağladığı müqavilələrin ilkin hüquqi ekspertizasını həyata keçirmək
  • Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin hazırlanması, onların səlahiyyətli dövlət orqanında qeydiyyatının təmin edilməsi
  • Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilmək
  • Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək
  • Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarının təklifi
  • Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək
  • Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırmaq
  • Müqavilə üzrə öhdəlikləri və borcları tələb edilmək (debitor / kreditorlarla işin aparılması)
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
  • İş qrafiki: 09:00-dan 18:00-dək (5 günlük iş qrafiki)
  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Namizədə tələblər:

  • Ali təhsil
  • Korporativ hüquq üzrə minimum 3 il iş stajı
  • MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək
  • Kargüzarlıq işinin əsaslarını bilməli
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sabina.gadirova@nant.az elektron ünvanına, mövzu hissəsində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı