Hüquqi şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN. Bank Avrasiya ASC Hüquqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Korporativ davranış normalarını bilməlidir.

İş barədə məlumat:

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
  • Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
  • Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq Departamentinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi
  • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək
  • İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər:

  • Ali hüquqi təhsil
  • Bankda hüquq sahəsi üzrə ən az 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməsi
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək)
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti
  • MS Office proqramlarından istifadə bacarığı
  • Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək
  • Korporativ davranış normalarını bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı