Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-900 AZN. Bank Avrasiya ASC Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Korporativ davranış normalarını bilməlidir.

İş barədə məlumat:

  • Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək
  • İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək
  • İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • İqtisadiyyat üzrə ali təhsil
  • Xidmət sahəsində ən azı 1 il iş stajı
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
  • İngilis dilini yaxşı səviyyədə bilmək
  • MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
  • Korporativ davranış normalarını bilmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı