Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ziraat Bank Azərbaycan ASC Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifəyə olan tələblər:

  • Ali hüquqi təhsili;
  • Müvafiq sahədə 6 illik iş stajı;
  • Bank sahəsi, eyni zamanda, korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
  • Qanunvericiliyi, xüsusilə bank qanunvericiliyi, haqqında biliklərə malik olması;
  • Türk və İngilis dili biliklərinə üstünlük verilir;.
  • MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.

Əsas vəzifələr:

  • Müştərilərlə yaşanan hər cür hüquqi anlaşılmazlıqlarla əlaqədar struktur bölmələrlə koordinasiyalı işləmək, bununla bağlı struktur bölmələrə tövsiyələr vermək, lazımi hallarda məsələnin hüquqi müstəvidə həll edilməsinə çalışmaq;
  • Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə Bankı təmsil etmək;
  • Banka olan kredit borclarının inzibati və hüquqi yollarla ödənilməsi və ləğv olunmasıyla əlaqədar bütün müvafiq iddia və təqib proseslərini Bankın lehinə nəticələndirmə yönündə aparmaq/aparılmasını təmin etmək;
  • Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması, habelə hər hansı fəaliyyət növü ilə bağlı lisenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
  • Bankın səhmlərinin emissiyası ilə bağlı tələb olunan sənəd və məlumatların hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
  • İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
  • Departament direktoru və Bankın idarəetmə orqanları tərəfindən verilmiş digər vəzifələr.

Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 10-na qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı