Hüquq və korporativ idarəetmə şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mars Overseas LTD Hüquq və korporativ idarəetmə şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşəgötürənin hüquqi risklərinin tənzimlənməsi və idarəedilməsinin təşkil edilməsi və hüquqi işlərə metodiki rəhbərlik edilməsi
  • Müqavilələrin, sazişlərin və hüquqi xarakterli digər sənədlərin hazırlanması və tərtib edilməsinə dəstək verilməsi və hüquqi təhlilinin aparılması
  • Hüququn müxtəlif sahələrinə dair araşdırmaların aparılması və işəgötürənin rəhbər heyəti üçün müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətlər və rəylərin verilməsi
  • İşəgötürənin digər müəssisələrdə iştirak payı əldə etməsi, hüquqi şəxsin yenidən təşkili formalarının həyata keçirilməsi prosesinə və digər layihələrə tələb olunan hüquqi dəstəyin göstərilməsi
  • İşəgötürən və ona daxil olan müəssisələrin fəaliyyəti ilə bağlı tələb edilən lisenziya, razılıq, icazə və bu xarakterli digər sənədlərin alınmasına nəzarət edilməsi və lazım olduqda hüquqi dəstək göstərilməsi
  • İşəgötürən və onun struktur bölmələrinin, həmçinin İşəgötürənə daxil olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin və müəssisə daxili qayda və prosedurların işlənib hazırlanmasında iştirak edilməsi və hüquqi dəstək göstərilməsi
  • İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərə danışıqların aparılması, İşəgötürənin dövlət orqanları, məhkəmələr, fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi
  • Şöbənin işinin təşkili və idarəolunması və şöbənin rəhbəri vəzifəsinə aid olan hər hansı digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələb:

  • Ali təhsil
  • İş təcrübəsi – sahə üzrə 5 il
  • Azərbaycan dili və İngilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti
  • MS Office proqramları

Əlavə tələb:

  • Təşkilatçılıq və komandada işləmə bacarığı
  • Korporativ hüquq və məhkəmələr ilə iş sahəsində təcrübə, idarəetmə bacarığı

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş yeri : Bakı şəhəri
  • Tibbi sığorta
  • Korporativ nömrə

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Hüquq və korporativ idarəetmə şöbəsinin rəhbəri” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı